Qriqori Karasin: “Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün konkret addımlar atılıb”


“Rusiya prezidentinin məsuliyyətli və ciddi mövqeyi qan tökülməsinin qarşısını aldı və 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmanın əldə olunması ilə nəticələndi”.



“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bölgədə kontingenti rusiyalı hərbçilərlə komplektləşdirilmiş sülhməramlı əməliyyat həyata keçirilir: “Bu, artıq əhəmiyyətli nəticədir. İndi əsas məsələlər humanitar problemlərin həlli ilə bağlıdır – hərbi əsirlərin mübadiləsinin başa çatdırılması, meyitlərin qaytarılması, qaçqınların geri dönməsi və onların yaşayışı üçün lazımi şəraitin yaradılması”.

Q.Karasin qeyd edib ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların minalardan təmizlənməsi məsələsi kəskin problem olaraq qalır.

“Əlbəttə ki, tərəflər arasında etimadın qurulmasına nə qədər tez nail olunacağından çox şey asılı olacaq. Konkret addımlar artıq atılıb. Rusiya prezidentinin təşəbbüsü ilə siyasi məsələlərin müzakirəsi və onların həlli yollarının axtarışı davam etdirilir. Baş nazirlərin müavinləri səviyyəsində iqtisadi, nəqliyyat və logistik problemlərin müzakirə olunduğu üçtərəfli komissiya fəal olaraq işləyir”, - o söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu