Beynəlxalq analitik mərkəzlərin nümayəndələri Ağdama gəliblər


Beynəlxalq analitik-beyin mərkəzlərinin nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.



AFN xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR) tərəfindən təşkil edilmiş səfər zamanı iştirakçılar erməni işğalı zamanı şəhərdəki dağıntıların miqyası ilə tanış olacaqlar.

Səfər proqramına şəhərin mərkəzinə, dağıdılmış Cümə məscidinə, Dram Teatrına, İmarət stadionuna və Qarabağ xanlarının kompleksinə ziyarət daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu