Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir
Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.
“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, jurnalistlər Bərdə-Ağdam avtomobil yolunun tikintisi işləri ilə yaxından tanış olub.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfər edən zaman yolun təməlqoyma mərasimində iştirak edib.