Azərbaycanda daha 1151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 287 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib. 31 440 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu