Azərbaycanda daha 1 676 nəfər koronavirusa yoluxub, 35 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib. 30 189 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, bu günə qədər isə ümumilikdə 3 178 044 test icra olunub.