Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib


Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.

52 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində ermənistanlı Ruben Qarboyanla üz-üzə gəlib. Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu