Böyük Britaniyanın baş naziri Hindistana səfərini ləğv etdi


Böyük Britaniyanın baş naziri Boris Conson Hindistanda COVID-19-a yoluxma və ölüm faizinin kəskin artımına görə cənubi Asiyanın bu ölkəsinə aprelin 26-a planlaşdırılmış səfərini ləğv edib.



AFN xəbər verir ki, bu barədə Britaniya mətbuatına Boris Conson özü bildirib.

Baş nazir müsahibəsində qeyd edib ki, Hindistana səfərdən imtina cəmiyyətdə artan narahatlıq fonunda "yeganə ağıllı” addımdır.

Bors Consonun sözlərinə görə, baş nazir Narendro Modi ilə videokonfrans rejimində danışıqlar aparmaq niyyətindədir. "Mən və Modi təəssüf ki, səfərin ləğvi haqqında qərar qəbul etdik", - Conson deyib.

"Hindistanda koronavirusa yoluxma hallarının artımını nəzərə alaraq səfərin ləğv edilməsini daha ağıllı hesab edirəm", - Britaniyanın baş naziri deyib.

Conson həmçinin vurğulayıb ki, Britaniya Hindistanla münasibətlərə böyük qiymət verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu