Boris Conson: “Ukrayna verdiyimiz silahlarla Rusiyadakı hədəfləri vura bilər”


“Ukrayna Britaniyanın ona verdiyi silahlarla Rusiya ərazisindəki hədəfləri vura bilər”.


“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson “Talk TV”yə müsahibəsində deyib.

“Ukraynanın özünü müdafiə etmək hüququ var. Biz böhranın Ukraynanın sərhədlərindən kənara çıxmasını istəmirik. Lakin dediyim kimi, ukraynalılar özlərini müdafiə edə bilərlər”, - o bildirib.

Daha əvvəl Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi də bildirmişdi ki, Ukraynanın Rusiyaya hücumu legitimdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu