“Azad Rəhimov sağdır” - Nazirlik + Yenilənib


Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.



AFN xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsi məlumat yayıb:

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - məlumatda deyilir..

****
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə Azad Rəhimovun vəfat etmədiyini açıqlayıb:

"Hörmətli media nümayəndələri! Çox xahiş edirəm Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir infonu paylaşmayın. Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu