Azay Quliyevin əleyhinə 1 səs


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb.

İclasda Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

AFN-ə daxil olan məlumata görə, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Azay Quliyevin əleyhinə səs verib.

Bildirilir ki, Şuranın keçmiş fəaliyyəti ciddi tənqid olunub. Həmçinin Agentliyin gələcək fəaliyyətində Kollegial rəhbərlik xüsusi qabardılıb. Əvvəlki qaydada işləməyin yolverilməzliyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu