Astroloq: May bu üç bürcün yollarını açacaq - Tanınmış astroloq


Vasilisa Volodina may ayında üç bürcün həyatına "ağ zolaq" gələcəyinə inanır. Bu işarələrin nümayəndələri bir az səy göstərsələr çox şey əldə edə bilərlər.


O bu haqda "NTR-24" kanalına danışarkən deyib.

Nəhayət sərbəst nəfəs ala bilən Oğlaq bürclərini müsbət təəssüratlar və hadisələr gözləyir. Və axır ki, Oğlaqlar sağlamlıq problemləri və pul problemlərini unuda bilərlər. Onlar may ayında həm sağlamlıqlarını, həm də maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün bir çox imkana sahib olacaqlar.

Xərçəngləri də xoş günlər gözləyir. Düşüncələr misilsiz bir güc qazanacaq və istəklər asanlıqla gerçəkləşəcək. Bu dövrdə xərçənglər gördükləri qəribə yuxular vasitəsilə taleyüklü hadisələr haqqında öyrənə bilərlər. Bu bürc nümayəndələrinin intuisiyası da zirvədə olacaq.

Zəhmətkeş Buğaların da bəxti gətirəcək. Onların gücü və enerjisi bütün ay üçün kifayət edəcək qədər olacaq. Buğa bürcünün özünü inkişaf etdirməyə də vaxtı olacaq və yeni sevgiylə qarşılaşması ehtimalı da yüksəkdir. Ümumiyyətlə, bu bürcün nümayəndələri üçün may duyğularla dolu olacaq.

Ancaq başqa bir məşhur astroloq Pavel Qloba fərqli fikirdədir. O, may ayında Xərçənglər və Buğaların manipulyatorların tələsinə düşə biləcəyini və hiylə qurbanlarına çevriləcəyinə inanır. Bu isə xoş bir şey deyil.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu