Cahit Bağçı: “Münasibətlərimizi daha da möhkəmləndirməyə çalışacağıq”


“İkitərəfli əməkdaşlığımızın bu qədər inkişaf etdiyi və bir çox yeni fürsətlərin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir”.



“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

“Bu işin əhəmiyyətini və məsuliyyətini dərk edərək bütün həmkarlarım, əlaqədar təşkilat nümayəndələri və vətəndaş cəmiyyətlərilə birlikdə çox ciddi səylə, səmimiyyətlə və fədakarlıqla işləyəcəyik və münasibətlərimizi daha da möhkəmləndirməyə çalışacağıq”, - səfir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu