QHT Şurasının mətbuat xidmətindən açıqlama: "O video ötən il hazırlanıb"




Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevlə bağlı AFN-də dərc olunan "Azay Quliyev seçki qanunvericiliyini belə pozur - VİDEO+FOTOLAR" başlıqlı yazıya münasibət bildirib.



Yazının həqiqəti əks etdirmədiyini deyən E.Behbud qeyd edib ki, haqqında söhbət gedən material köhnədir: "Yazıda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaradılan QHT TV-də "Şuranın sədri, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin təbliğatına hesablanmış material ictimailəşdirilib". Məlumat üçün bildiririk ki, 5 dekabr 2019-cu ildə Cənab Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb. Saytınızda haqqında bəhs olunan video material isə QHT TV tərəfindən 28 mart 2019-cu ildə yutub sosial şəbəkəsində yayımlanıb. Bu video qeyd olunan tarixdə eyni zamanda ölkənin bir çox populyar saytlarında da yayımlanıb. Bu video həmin dövrdə Azay Quliyevə və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına qarşı məqsədli şəkildə aparılan qara PR kampaniyasının ifşa edilməsi üçün hazırlanıb. Belə ki, bəzi saytlar böhtan xarakterli məlumatlar yayaraq Azay Quliyevin sahibkarlıq fəaliyyəti məşğul olduğunu iddi edir və əmlak siyahısı yayırdılar. İş adamı Azay Möhnətov bu məsələyə aydınlıq gətirərək onun əmlaklarının mediada deputat Azay Quliyevin adına çıxılmasına etirazını bildirmişdir. Beləliklə bu video material hazırda davam edən seçki kampaniyasından xeyli öncə hazırlandığından burada nəinki Seçki Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının pozulması halından söhbət gedə bilməz. İndi seçki kampaniyası dövründə təkrar olaraq bəzi saytlarda və sosial şəbəkə hesablarında yenidən Azay Quliyevə qarşı təxribat törətmək məqsədilə ona aidiyyəti olmayan fəaliyyət növü (sajhibkarlıq) və daşınmaz əmlaklarla bağlı saxta məlumatların verilməsinə görə Azay Quliyevin seçki qərargahı bu videonu feyzbuk sosial şəbəkəsində yayımlayıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu