Mübariz Mənsimovun saxlanılması xəbəri təsdiqləndi - AÇIQLAMA+YENİLƏNİB


Mübariz Mənsimovun saxlanılması xəbəri təsdiqləndi -



"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.



Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

***

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov saxlanılıb.



AFN Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Hazırda iş adamına məxsus evlərdə axtarış aparıldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu