Mənsimovun saxlandığı həbsxanada koronavirus tapıldı


Mənsimovun saxlandığı həbsxanada koronavirus tapıldı


Silivri həbsxanasında COVİD-19-a test edilən 44 məhbusun 4-də bu xəstəlik aşkarlanıb.



AKTUAL TV cnnturk.com-a istinadən xəbər verir ki, İstanbulun Bakırköy Cümhuriyyət Baş Prokurorluğu Silivri həbsxanasında 44 məhkumda koronavirusun aşkarlanması barədə məlumat yayıb. Açıqlamada test edilən məhkumların ümumi sağlamlıq vəziyyətləri haqqında onların ailələrinə məlumat verildiyi qeyd edilib.

Vurğulamaq lazımdır ki, “Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov uydurma ittihamlarla məhz Silivri həbsxanasında saxlanılır.

Xatırladaq ki, həbs edilmədən qısa müddət əvvəl cərrahi əməliyyat keçirən iş adamının yarası iltihablanıb, bədənində şişkinliklər əmələ gəlib, qaraciyərində problemlər ortaya çıxıb. Buna səbəb isə əməliyyatdan sonra müalicəsinin lazımi səviyyədə aparılmamasıdır. Onun qaldığı şəraitin hər cür infeksiyanın, o cümlədən, koronavirusun yayılmasına uyğun olduğu qeyd edilir. Bildirilir ki, immuniteti zəiflədiyi üçün artıq gəzməkdə də çətinlik çəkir.

Mənsimovun vəkilləri onun səhhəti və həkim nəzarətində olmasının vacibliyi ilə bağlı sənədlər hazırlayaraq aidiyyəti orqanlara təqdim etsələr də, həbs şəraitində heç bir dəyişikliik edilməyib.

Qeyd edək ki, Mübariz Mənsimov 29 fevralda cərrahi əməliyyat keçirib. 15 mart 2020-ci ildə FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb. 17 martda həbs edilərək Silivri həbsxanasına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu