Qazaxda düşmən təxribatının qarşısı alınıb - DSX məlumat yaydı


Qazaxda düşmən təxribatının qarşısı alınıb -


Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.



Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 13 may tarixində saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu