Hacı Əliyev də finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizəyə aparıb.
AFN xəbər verir ki, onun rəqibi Yaponiya təmsilçisi Takuto Otoqurodur. H.Əliyev ona məğlub olaraq gümüş medal qazansa da, qeyd etmək yerinə düşər ki, idmançımıza qarşı hakim ədalətsizliyi də diqqət çəkib. Belə ki, rəqibi H.Əliyevə bir neçə dəfə qaydadan kənar hərəkətlər etsə də, hakim qarşı tərəfə xəbərdarlıq etmədi.