Fərid Qayıbov: “İdmanda növbəti nailiyyətləri əldə edə bilərik”


"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.


Bunu yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Bu vəzifəyə yeni təyin olunan Fərid Qayıbov feysbuk səhifəsi vasitəsilə idmanda uğur qazanacaqlarına inandığını bildirib: "Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu