Ərdoğan koronavirusdan sağalıb


Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.


"Report" xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu bildirib.

Onun sözlərinə görə, Ərdoğanın son iki gündə verdiyi PCR testlərinin cavabı mənfi çıxıb.

Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu