DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən ŞİKAYƏT - Xəstə uşaqları yalandan Mərkəzə çağırır...


Babayev Ömərin 12 yaşı var. Autizim xəstəliyindən əziyyət çəkir, gözü zəif görür. Anasının söylədiyinə görə, çox zehnlidir. Nəyə marağı varsa, onu öyrənir, xoşlamadığı hec nə ilə maraqlanmır. 6-cı sinifdə oxuyur, məktəblə, müəllimlərlə hec bir problem yaşanmayıb bu vaxta qədər. Hər gün dərsə gedir, xoşladığı dərslərdə normal oturur.


Anası deyir: "Nə vaxt bezir, sağ olsun məktəb pisxoloqu, aparıb məşğul olur". Bir gün Ömərin anasına DOST İnklüziv İnkişaf və Yaradıcılılıq Mərkəzindən zəng edirlər. Bildirirlər ki, 20 yanvar metrosu yaxınlığında açılıb, istəsə sənədləri hazırlayıb övladını orda pulsuz təlimlərə gətirə bilər: "Bu xəbərdən çox sevindim,, sənədləri hazırlamasam da, Öməri də götürüb getdim ora. Çox böyük, şəraitli, cox gözəl bir mərkəzdir. Dedim mənə bir yetkili cağırın, uşaq budur, yoxlasınlar, həqiqətən də götürəcəklərsə, sənədləri hazırlayım. Bildirdilər ki narahat olmayın, əsas uşağın əlilliyi varsa, sənədləri gətirin. Sənədləri hazırlayıb yenidən uşağı da götürüb getdim. Sənədlərə baxıb mənə ərizə yazdırdılar və bildirdilər ki, gedin, komissiya olanda çağracağıq". Mayın 26-da saat 10-da ana və övladı komissiyaya gedir, gözləyir. Ana deyir, bizdən başqa təxmini 10-15 nəfər də vardı. Dedilər ki, uşaq hansı sahəyə marağı varsa o sahədən keçməlidir. Mən dedim ki, rəsm istəyərdi. Ömər qələm götürmür, bəlkə maraqlı gələr, öyrənər. Anaya bildiriblər ki, biz öyrətmirik, hansısa qabiliyyəti inkişaf etdiririk. Ana onlara izah etməyə çalışıb ki, bura gələn hamısı əlil uşaqlardı, hamsı qabliyyətli olmaya bilər. Ömərdən xəstəliyi yüngül və daha ağır formada olanlar da var imiş. Ananın İnklüziv Mərkəzə getməsinin əsas məqsədi Öməri psixoloq məşğələsinə qoymaq olub, cavab alıb ki, psixoloqun qəbuluna düşmək ucun gərək rəsm, musiqi kimi qabiliyyət ola. Ana Öməri yazdırır rəqsə və musiqiyə. Əvvəl rəqs otağına gətirib Ömərə 1-2 əl hərəkəti etdirib şəklini, videosunu çəkirlər. Sonra ana ilə birgə foto çəkilir. Sonra aparırlar musiqi otağına. Ana deyir, burdakı müəllimə sağ olsun, mənimlə danışdı, uşağa fikir verdi, başın sığalladı. Soruşdu Ömər, hansı mahnını bilirsən? "Qarabağ" və bir necə mahnı oxudu. Övladının mahnı oxumağı sevdiyini bildirən ana deyir yenə şəkil, video çəkilişi oldu, dedilər gözlə, komissiya yığılacaq qərar veriləcək. İki saata yaxın gözləyiblər, təbiiki uşaq da bezib. Ana deyir, nəhayət komissiya yığıldı 15 və ya 20 nəfər qapının arasından gordüm, qızlardan soruşdumki bunlar nə seçilər ki? Görmürlər bura gələn uşaqların vəziyyətini? Qızlar deyib, biz bilmirik, biz könüllüyük: "Uşaqları bir-bir valideyinsiz salırdılar içəri, girib-cıxmaqları 2 saniyə çəkmirdi. Ömər də girdi, çıxdı, dedilər gözlə, yenə gözlədik, sonda dedilər ki, sizin uşaq bura uyğun deyil. Dedim bura uyğun deyilsə, mənə niyə zəng edib cağırmısız? 3 gündü gəlirəm bura. Əvvəldən deyərdiz, o qədər sənəd yığmazdım".
Ana rəhbərliklə görüşmək istəyib, deyiblər o heç kəslə görüşmür. Ananı müavin səviyyəsində də heç kimlə görüşdürməyiblər. Ana gətirdiyi sənədləri geri istəyib, deyiblər biz onu sizə verə bilmərik, o komissiyadadı. İsrarla sənədlərini istəyəndə özünü Mərkəzin hüquqşünası kimi təqdim edən qadın bildirib ki, bizdə qayda budur, get hara istəsən şikayət et: "Gələn uşaqlardan 3-4 nəfəri seçdilər, onlar lal, kar, bir kor, biri də əlil arabasında olan idi..." Ana deyir, o böyüklükdə mərkəzdə yalan olmasın 500-600 nəfər işcı çalışırdı amma, 10-15 nəfər uşaq gördüm.
Görəsən xəstə uşaqları siyahı xatirinə ora yığıb, videoya çəkib, şəkillərini çəkməklə kimləri aldadırlar? Ana əvvəldən yaxınlaşıb, deyib, alınarsa gedim sənədləri düzəldim. Dövlət o boyda mərkəz tikib, niyə əlil uşaqlar ordan yararlana bilmir? Qadına yalandan niyə vəd verilib?
AzadMedia.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu