"Neftçi" Belarus millisinin hücumçusunu transfer edib


"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.


AFN.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib.

22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.

Yeqor Boqomolski ölkəsində Minsk və Brest "Dinamo"sunun, həmçinin “Rux” və “Minsk” klublarının şərəfini qoruyub. O, 2019-cu ildə "Dinamo" (Brest) komandası ilə ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcüstanlı müdafiəçi Solomon Kvirkveliyanı heyətinə qatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu