Boksçumuz Avropa çempionatının finalında


Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı davam edir.


Bu gün yarışda yarımfinal mərhələsinin döyüşləri keçirilib. Finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Aynur finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.

Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu