Ukrayna və Rusiya nümayəndələri görüşdü


Ankarada Ukrayna və Rusiyanın insan hüquqları üzrə müvəkkillərinin ikinci ikitərəfli görüşü keçirilib.


AFN.az-ın məlumatına görə, müzakirələr Ombudsmanların beynəlxalq konfransı çərçivəsində baş tutub. Görüşün mətbuatın iştirakı olmadan keçirildiyi bildirilir.
Qeyd edək ki, yanvarın 11-də Ankarada Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda Beynəlxalq Konfransı işə başlayıb.
Tədbirdə Ukrayna nümayəndə heyətinə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets başçılıq edir.
Bundan əvvəl Lubinets “Facebook” sosial şəbəkəsində bildirib ki, Türkiyədə Rusiya Ombudsmanı Tatyana Moskalkova ilə görüş zamanı iki ölkə vətəndaşlarına insan hüquqlarına yardımın göstərilməsinə dair humanitar problemləri müzakirə edib.
“Danışıqlar gecəsi: əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova ilə görüş keçirilib. Biz humanitar problemlərin geniş spektrini və iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsinə yardımın göstərilməsi ilə bağlı işləri müzakirə etdik. Biz həmçinin konkret təkliflər mübadiləsi apardıq”-deyə Lubinets yazıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu