7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü


Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil dünyasını dəyişib.

Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbəbdən vəfat etdiyi bildirilir.

Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 həftə əvvəl Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu xəstəxanadan buraxılandan sonra yaşadığı evdə dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu