Yaddaş pozğunluğuna nə səbəb olur, necə qorunmaq olar?


Yaddaşın pozulması bir çox təzahür formalarına malikdir və həm psixikanın anormal şeylərə reaksiyası kimi, həm də xəstəliyin strukturunda şərti bir norma ola bilər. Yaddaş itkisi qısa müddətli ola bilər və sonra tam bərpa oluna bilər. Və ya əksinə, getdikcə pisləşə və sağalmaya bilər.


Psixiatr və tibbi psixoloq Beata Nagy yaddaş pozğunluğuna nəyin səbəb olduğunu və hansı dərmanlarla müalicə olunacağını bildirib.

Yaddaşın pozulmasına nə səbəb olur?

Bəzən yaddaş itkisi psixi sağlamlıq problemlərinə görə baş verir. Məsələn ciddi travmatik, stresli bir hadisədən sonra, yaxud depressiyadan. Yaddaş pozğunluğuna həmçinin anksiyete pozğunluqları, şizofreniya, demans (Alzheimer xəstəliyi, Damar demans və s.) səbəb ola bilir. Yaddaş itkisinin digər səbəbləri isə xarici zədədir: Baş zədəsi, beyin əməliyyatı, insult, alkoqol, narkotik, beyin infeksiyaları və ya HİV/QİÇS, barbituratlar və ya (yuxu həbləri) kimi dərmanların həddindən artıq istifadəsi, elektrokonvulsiv terapiya, Parkinson xəstəliyi, dağınıq skleroz və s.

Yaddaş pozğunluğu necə müalicə olunur?

Bəzən yaddaş pozğunluğunun səbəbi müalicə edilə bilər və ya aradan qaldırıla bilər. Bu hallarda yaddaş problemləri, məsələn, depressiya və ya alkoqolizmdə olduğu kimi yox olur. Digər hallarda, problem tamamilə müalicə edilə bilməyən Alzheimer xəstəliyi kimi beyin pozğunluğundadır.
Müalicə həmişə yaddaşın pozulmasına səbəb olan əsas səbəbi aradan qaldırmaqdan ibarət olacaq, buna görə də hər bir fərdi vəziyyətdə çox fərqli olacaq.

Bu günə qədər bütün növ yaddaş pozğunluqlarını yaxşılaşdırmaq üçün xüsusi universal dərman kəşf edilməyib. Təəssüf ki, pəhriz əlavələri, nootropiklər, homeopatiya şəklində bazarda olan digər vasitələr problemi həll etmək üçün yetərli deyil. Yaddaş problemlərinin müalicəsi üçün uyğun olan yeganə klinik cəhətdən sübut edilmiş və ÜST tərəfindən təsdiqlənmiş, müxtəlif demansların müalicəsi üçün 4 dərman var:

Memantin;
Donepezil;
Rivastigmin;
Qalantamin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu