Arzu etdiyiniz sağlam dəriyə sahib ola bilmirsinizsə, bu məsləhətlərə qulaq asın!


Sağlam dəri hamımızın arzusudur, lakin bəzən nə qədər çalışsaq da istədiyimiz təravətli və parlaq görünüşə sahib ola bilmirik.


AFN.az HaberGlobala istinadən xəbər verir ki, Türkiyəli mütəxəssis arzuladığımız sağlam dəri üçün nələrdən qaçınmalı olduğumuzu barədə danışıb.

Hər kəsin xəyal etdiyi sağlam, parlaq və təravətli dəriyə sahib olmaq üçün bəzi zərərli vərdişlərdən uzaq durmağımız və gündəlik iş rejimlərimizdə dəyişiklik etməyimiz mütləqdir. Mövzu barədə Tibbi Estetik Həkim, Dr. Cenk Gül məlumat verib.

Bədənin özünü yenilədiyi ən vacib vaxt yuxu zamanı baş verir. Pozulmuş yuxu rejimi bütün bədənə, eləcə də dəriyə mənfi təsir göstərir. Sağlam bir dəri üçün kifayət qədər və balanslı yuxu böyük əhəmiyyət kəsb edir. Güclü antioksidant olan melatonin hormonunun ifrazı yuxu zamanı baş verir. HGH (insan böyümə hormonu) gecə yuxusu zamanı artır. Bu, bədən toxumalarının yenidən qurulmasına kömək edir və zədələnmiş hüceyrələri əvəz etmək üçün artan hüceyrə istehsalını stimullaşdırır. Müvafiq olaraq dərinin gənc, təravətli, parlaq və nəm qalmasına kömək edir.

Sağlam və nizamlı qidalanma dəri sağlamlığı üçün də vacibdir. Ən böyük orqanımız olan dəri qeyri-sağlam və düzgün qidalanmama səbəbindən sürətlə qocalır. Dəri üçün lazım olan vitaminlərin qəbul edilməməsi, birtərəfli qidalanma, çox duzlu və şəkərli qidaların qəbulu kimi qidalanmada edilən səhvlər dəriyə mənfi təsir göstərir. Parlaq və gənc bir dəri üçün təzə tərəvəz və meyvələr, lifli qidalar, bol C vitamini, yumurta və qoz-fındıq kimi qidalardan istifadə etmək faydalıdır.

Parlaq bir dəri üçün kifayət qədər su istehlakı lazımdır. Dərinin nəmliyini qorumaq üçün bol su istehlak etmək faydalıdır. Çünki yetərsiz su istehlakı dərinin strukturunu pozur və dərinin qurumasına səbəb olur. Bundan əlavə su bədəndən toksinlərin çıxarılmasını təmin etdiyi üçün dəri qırışlarının, dərinin solğun və qurumasının qarşısını almağa kömək edir.

Dərinin növü və florası insandan insana fərqli olduğundan, hədəflənmiş dəri qoruyucu məhsul seçmək daha faydalı olar. Hamar və parlaq dəri üçün tərkibində C vitamini olan məhsullara üstünlük verilərkən, tərkibində salisilik turşu olan məhsullar sızanaq problemi olan dərilər üçün faydalıdır. Məhsul seçərkən həkiminizlə məsləhətləşməniz daha məqsədəuyğun hesab olunur.

Günəşdən yayılan UVA şüaları (qırış yaradan şüalar) il boyu eyni dərəcədə güclü əks olunur. UVB və UVB şüalarına məruz qalan dəri yaş, ləkəli və qırış görsənir. Bu zərərli şüalar hətta dəri xərçənginə də səbəb ola bilər. Bu səbəblə dəri tipinə uyğun günəşdən qoruyucu kremlər yay və qış aylarında istifadə edilməlidir.

Sızanaqları sıxmaq və ya çıxarmaq əslində daha böyük problemlərə və çapıqlara səbəb ola bilər. Sızanaqlar sıxılanda iltihab necə olur olsun çıxır amma çoxu dərinin altında qalır. Bu, iltihabın yayılmasına və sızanaqların pisləşməsinə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu