Hər səhər üzünüzü belə yuyursunuzsa, böyük səhv edirsiz!


Havaların dərini həssaslaşdırdığı bir dövrdə dəri sağlamlığına daha çox önəm verilməsi lazımdır. Bu mənada üzün yuyulması, nəmləndirilməsi qaydası ilk sıralarda gəlir.


Türkiyənin məşhur dermatologiya mütəxəssisi Ada Bozkurt dərini soyuq havanın yaratdığı zədələrdən qorumağın yollarından danışıb. Soyuq havada dərinin qurumağa meylli olduğunu bildirən Bozkurt bildirib ki, belə havalarda dəri nəmini itirdiyi üçün dəri səthində sərtləşmə baş verə bilər.

"Bu dövrlərdə sakitləşdirici, nəmləndirici, bərpaedici və maneəni gücləndirən məhsulların istifadəsi dəri sağlamlığı üçün çox əhəmiyyətlidir" - deyə mütəxəssis qeyd edib.

Həkiminizin məsləhəti ilə xüsusilə soyuq aylarda dəriyə qulluq rutininə hialuron turşusu, keramid və peptid tərkibli məhsullar əlavə edilməlidir. Gün ərzində dodaqlar və əllər diqqətdən kənarda qalmamalı, tez-tez nəmləndirilməlidir.

Dəriyə qulluqda ən əhəmiyyətli addımlardan birinin nəmləndirmə olduğunun vurğulayan Bozkurt, “Hər mövsümdə dərinin nəmləndirilməsi çox əhəmiyyətlidir, lakin soyuq aylarda dərinin quruluğa daha çox meylli olduğunu unutmayaq. Yağlı dərilər su əsaslı nəmləndiricilərdən istifadə edə bilər, çünki onların dəri baryeri soyuq havada zədələnə bilər. Dərinin növündən asılı olmayaraq, uyğun nəmləndirici istifadə edilməli, bu məsələyə laqeyd yanaşmaq olmaz" - deyə bildirib.

İçməli suyun dəriyə müsbət təsirlərindən danışan mütəxəssis bildirib ki, gün ərzində kifayət qədər su istehlakına diqqət yetirilməlidir. Nəmləndiricilər və serumlar, dərini nəmləndirir, lakin bu, səthi nəmləndirmədir: "Kifayət qədər su içməyən insanlar nəmləndirici məhsullardan kifayət qədər effekt ala bilmirlər, çünki dəriləri susuz qalacaq. Bu səbəblə yay-qış fərqi olmadan dəriyə lazımi nəmlik kifayət qədər su içərək verilməlidir".

Bozkurt bildirib ki, dəriyə qulluq üçün ilk addım dərinin təmizlənməsidir: "Prioritet dərinin təmizlənməsi olmalıdır. Ətraf mühit faktorları məsamələri bağlaya, dərinin oksigendən məhrum olmasına və mat, cansız bir dəri görünüşünə səbəb ola bilər. Üzü çox isti su ilə yumaq dərini yaxşıca qurudacaq, ona görə də ilıq su ilə yuyulmalıdır. Həkiminizin məsləhəti ilə dəri tipinizə uyğun, dərini qurutmayan və nəm səviyyəsini tənzimləyən təmizləyicilər seçilməlidir.

Sağlam və hamar bir dəriyə sahib olmaq üçün pilinq zəruridir. Dəri tipinizə görə üstünlük verilən pilinqlərlə dəridəki ölü hüceyrələri çıxara bilərsiniz. Pillinq həftədə yalnız bir və ya iki dəfə tətbiq oluna bilər. Bununla belə, klinik şəraitdə, həkiminizin sizin üçün təyin etdiyi kimi kimyəvi pilinq edə bilərsiniz.

Dörd fəsildə də günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir. Günəşin zərərli şüaları bütün fəsillərdə dərinizə mənfi təsir göstərə, ləkələnməsinə və vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Ona görə də bütün fəsillərdə günəş kremindən istifadə etmək çox vacibdir. Günəş kremi çölə çıxmazdan əvvəl çəkilməli və gün ərzində hər 2-4 saatdan bir yenilənməlidir. Tərli hərəkətlər ediləcəksə, 15-20 dəqiqə əvvəl sürtmək daha məqsədəuyğun olardı. Dərinin növünə görə günəşdən qoruyucuları seçmək çox vacibdir. Bundan əlavə, allergiya və həssaslıq kimi problemləri olan insanlar günəş kremi seçərkən dermatoloqdan dəstək almalıdırlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu