Yaş saçlarla yatanda nə baş verir?
Bəzi insanlar tez-tez çimməyi sevirlər. Bəziləri isə saçları yağlı saçlar qrupuna aid olduğu üçün buna məcburdurlar. Bu baxımdan, hərdən çarəsizlikdən yaş saçlarla yatmaq lazım gəlir.
Bəs yaş saçlarla yatmağın hansı zərərləri var? Bunu təhlükəsiz etmək üçün nələr lazımdır? AFN.az xəbər verir ki, Nyu Yorklu saç ustaları Jasmine Burnside və İlleisha Luciano yaş saçlarla yatmağın təhlükəsiz yollarını açıqlayıblar. Material "Today" nəşrinin saytında yer alıb. Mütəxəssislərin fikrincə, baş dərisi bütün gecə nəm qaldıqda bakteriya və mayaların çoxalması üçün münbit şərait yaranır. Bundan əlavə, onlar qeyd ediblər ki, yuxu zamanı yaş tellər arasında sürtünmə yaranır ki, bu da zədələnməyə səbəb olur. Onlar ilk növbədə suyun bir hissəsini özünə çəkməsi üçün başı xüsusi mikrofiber dəsmal ilə sarmağı məsləhət görüblər.
Bundan əlavə, mütəxəssislər oxucuları tellərin yaxşı daranmış və ya örgülü olduğundan əmin olmağa çağırıblar. Bu, tamamilə boş saçların səbəb ola biləcəyi potensial qırılma və sürtünməni azaltmağa kömək edə bilər. Həmçinin yataq dəstinə diqqət etmək də tövsiyələr sırasındadır. İpək yastıq örtüyü saç şaftındakı sürtünməni azaldır, buna görə də kutikulanı məhv edir.
Saçları sağlam saxlamaq üçün düzgün qidalanma, zəruri vitamin və mineralların qəbuluna nəzarət də vacib elementlərdəndir. Bundan əlavə, yuxu və fiziki fəaliyyət rejimi və stressdən uzaq durmaq da saçların sağlamlığında rol oynayan amillərdəndir.