Saçlarımızı yuyarkən etdiyimiz 8 böyük səhv!
Bəli, saçlar müntəzəm olaraq yuyulmalı və təmizlənməlidir, lakin həmişə şampun ilə deyil. Səbəblə tanış olmaq istəyirsinizsə bu yazını sonacan oxumağınızı tövsiyə edirik.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, həkim Serkan Aygın saç yuyarkən etdiyimiz 8 səhvi açıqlayıb. Nəticəsini aradan qaldırmaq mümkün olmayan həmin səhvlər bunlardır:
Saçların düzgün nəmləndirilməməsi
Hamam zamanı şampunlama prosesinə başlamazdan əvvəl saçınızın bütün hissələrinin bərabər şəkildə nəmləndiyinə əmin olun. Saçlarınız tamamilə nəmləndikdən sonra çox şampun qəbul etmədən saçınızı köpüklətməyə başlaya bilərsiniz. Şampunun ideal istifadəsi əlinizə noxud miqdarını götürüb köpüklətməkdir.
Saçlarım yağlansın sonra yuyum deyə gözləməyin
Saç tipinə görə yuyulma qaydasını bilməyən insanlar adətən günlərlə saçlarının yağlanmasını gözləyir və belə yuyurlar. Bunu etmək lazım deyil! Saçınızın yuyulması lazım olduğunu hiss edirsinizsə, yuyun. Yalnız saç tipinizə uyğun istifadə etməli olduğunuz krem və şampunları bilməlisiniz.
Saçları qaynar su ilə yumayın
Hamam bədən üçün çox rahatdır, lakin saç üçün eyni şeyi deyə bilmərik. Qaynar su ilə duş saçlara çox zərər verir. İsti su baş dərisinin və saçın qurumasına səbəb olur. Saçlarınızın canlılığını itirməməsini istəyirsinizsə, onları ilıq su ilə yumağı məsləhət görürük.
Şampunu düzgün yerə tətbiq edin
Məşhur inancın əksinə olaraq, bütün saçları şampunlamaq faydalı deyil. Şampunu saçınızın hər yerinə sürtmək yerinə şampunu baş dərinizə və boyun nahiyəsinə çəkməlisiniz. Saçınızı yumşaq bir şəkildə yumağı unutmayın.
Fenlə qurutma xətası
Saç nəm olduqda normaldan daha həssas olur. Hamamdan çıxdıqdan sonra saçlarınızı sərt hərəkətlərlə qurutmaq yerinə yumşaq üsullarla qurutmanızı tövsiyə edirik. İdeal bir dəsmal ilə bir müddət gözləmək və sonra quruducudan istifadə etmək vacibdir.
Yaş saçları daranmaq olmaz
Yaş olanda saçlar əvvəlki məqalədə dediyimiz kimi daha həssas olur. Bu səbəbdən saçları yaş halda daramaq çox zərərlidir. Darama prosesinə davam etməzdən əvvəl saçınızın quru olduğundan əmin olun.
Şampun seçimində səhv
Sadəcə yeni şampunlar sınayacam deyə saçınızı xarab etməyin. Şampunu tez-tez dəyişdirmək saçınıza zərər verər. Xüsusilə saç tipinizə uyğun bir şampun deyilsə, saçlarınızı riskə atdığınızdan xəbərdar olun.
Şampun ilə saç yuyulma səhvi!
Əgər tez-tez duş qəbul edən birisinizsə, hər yuyanda şampundan istifadə etməməlisiniz. Şampun baş dərisini qurudur və arzuolunmaz narahatlığa səbəb olur. Hər gün duş qəbul edə bilərsiniz, saçınızı islada bilərsiniz, amma şampun istifadə etməməlisiniz! Nə olursa olsun, şampunların tərkibində kimyəvi maddələr olduğunu unutmayın.