Polis pişiyə işgəncə verib "TikTok"da paylaşan şəxsi saxladı - Ürəyi zəif olanlar baxmasın - VİDEO


Goranboyda bir nəfər şəxs pişiyə işgəncələr verərək öldürüb.



Bu barədə görüntülər BAKU.WS-in "qaynar xəttinə daxil olub.

Görüntülərdən də aydın olur ki, həmin şəxs pişiyi əvvəlcə ayaqlarından asaraq ağaca bağlayıb. Daha sonra isə onun başını ayağı ilə əzir. Həmin şəxs bütün bunlar azmış kimi öz çirkin əməllərini lentə alaraq "TikTok" hesabında yayımlayıb.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin rayon sakini 1990-cı il təvəllüdlü Nizami Səlimov olması müəyyən edilib. Rayon Polis şöbəsində şəxs barəsində qanunamüvafiq tədbir görülüb barəsində protokol tərtib edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu