Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib.
DİN-dən AFN.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.