ÜMT: Sakit okeanın cənub-qərbində iqlim dəyişikliyinin təsirləri artır


Ümumdünya Meteorologiya Təşkilatı (WMO) iqlim dəyişikliyinin təsirlərinin Sakit okeanın cənub-qərbində artdığını və bunun regiona sosial-iqtisadi ziyan vurduğunu açıqlayıb.


Təşkilat bu haqda "Cənub-Qərbi Sakit Okeanın İqlim Vəziyyəti 2022" adlı hesabatda qeyd edib. "Dəniz səviyyəsinin qalxması alçaq adaların gələcəyini təhdid edir, eyni zamanda okean istiliyinin artması və turşulaşma həyati və həssas dəniz ekosistemlərinə zərər verir", - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, bu ekstremal təbiət hadisələri regionda kənd təsərrüfatı kimi əsas sektorlara sosial-iqtisadi risklər və təsirlər göstərir.

Üç ildən artıqdır davam edən La Nina iqlim hadisəsinin temperaturlara təsirinə diqqət çəkilən hesabatda, "La Ninanın müvəqqəti soyutma təsirinə baxmayaraq, bölgə üçün isti bir il oldu. Orta 2022-ci ildəki temperatur 2011-ci ildəki son güclü La Nina iqlim hadisəsindən 0% aşağıdır. Bu, 0.2 ilə 0.3 dərəcə yüksək idi" - deyə qeyd edilir.

Həmçinin bildirilir ki, ötən il Sakit okeanın cənub-qərbində qeydə alınan iqlim hadisələrinin sayında 2021-ci illə müqayisədə azalma müşahidə edilsə də, onların yaratdığı iqtisadi itkilər artıb: "Daşqından dəyən iqtisadi zərərin dəyəri 8,5 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən təxminən üç dəfə çoxdur. Zərərlərin böyük hissəsi Avstraliyada baş verən bir sıra daşqın hadisələri ilə əlaqələndirilə bilər".

Hesabatda fikirləri yer alan ÜMT-nin Baş katibi Petteri Taalas El Nino hava hadisəsinin ilin qalan hissəsi üçün Sakit okeanın cənub-qərbində təsirli olacağının gözlənildiyini bildirib.

El Nino-nun daha yüksək temperatur, dağıdıcı hava şəraiti və daha çox dəniz istiliyi ilə əlaqəli olduğunu xatırladan Taalas, bunun Cənub-Qərbi Sakit Okean bölgəsinə böyük təsir göstərəcəyinə diqqət çəkib.

"Erkən xəbərdarlıq sistemi fəlakətlərdən dəyən zərəri azaltmağın ən təsirli yollarından biridir. Birdən çox təhlükə ilə bağlı erkən xəbərdarlıq sistemlərini gücləndirmək səylərinə baxmayaraq, hazırkı hesabat açıq şəkildə göstərir ki, hələ də aradan qaldırılmalı olan böyük boşluqlar var", - Taalas deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu