Böyük Britaniya iqtisadiyyatı ilin birinci rübündə 0,6 faiz artıb
![](/uploads/posts/2024-05/london.png)
Böyük Britaniya iqtisadiyyatı bu ilin birinci rübündə 0,6 faiz artıb.
Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) bu ilin birinci rübü üçün ilkin artım məlumatlarını açıqlayıb.
Müvafiq olaraq 2023-cü ilin üçüncü rübündə 0,1 faiz, dördüncü rübündə isə 0,3 faiz azalan ölkə iqtisadiyyatı bu ilin birinci rübündə 0,6 faiz böyüyüb.
Britaniya iqtisadiyyatı bu ilin birinci rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıb.
Bu ilin birinci rübündə xidmət sektoru 0,7 faiz, istehsal sektoru 0,8 faiz artdığı halda, tikinti sektoru 0,9 faiz azalıb.
Mənbə: AA