Ekvadorda anası öldürülən 9 aylıq körpə yolda tapılıb
Ekvadorda silahlı hücumda anası öldürülən 9 aylıq körpə boş yolda iməklərkən yoldan keçənlərin diqqətini çəkib.
Milli KİV-in məlumatına görə, Santa Elena əyalətinin Atahualpa və Ankon məhəllələrində bir şəxs 9 aylıq bir körpəni tıxacın az olduğu bir yolda iməklərkən tapıb.
Məlumat aldıqdan sonra hadisə yerinə gələn Ekvador Milli Polisinin əməliyyat bölmələri yaxınlıqda tapılan meyitin körpənin anasına aid olduğunu müəyyən ediblər.
Araşdırmalardan sonra 9 aylıq körpənin anası 28 yaşlı Roza Yanina Varqasın silahla öldürüldüyü təsdiqlənib.
Polisin məlumatına görə, Varqas hücum edənlər tərəfindən yolu kəsilərək güllələnib.
Xəstəxanada müayinələrdən sonra körpə nənəsinə təhvil verilib. Körpənin atasının bir neçə ay əvvəl xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Ötən ildən zorakılıqla mübarizə aparan Ekvadorda ilin əvvəlindən bu yana 700 nəfər qətlə yetirilib.
Polis hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.