Parisdə qatar stansiyasında atışma: iki nəfər yaralanıb
Parisdə qatar stansiyasında atışma baş verib, hadisə nəticəsində iki nəfər yaralanıb.
AFN.az xəbər verir ki, məlumatı "Agence France-Presse" yayıb.
Bildirilir ki, atışma nəqliyyat təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.
İnsident şəhərin şərqindəki Austerlitz qatar stansiyasında baş verib. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən yaxalanıb. Patrul cinayətkara yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Nəşr qeyd edir ki, buna cavab olaraq təhlükəsizlik işçiləri atəş açıb, nəticədə həmin şəxs ağır yaralanıb.
Hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir.