İsrail Təl-Əvivdə atışma nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb


Təl-Əvivdə atışma nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.


Bu barədə İsrail polisinin ilkin araşdırmadan sonra verdiyi açıqlamada deyilir. "Tel-Əvivdə terror aktı olub, hücum nəticəsində 6 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb", - deyə polisin açıqlamasında bildirilir.

Hadisə Yaffanın hərəkətli hissəsində, Qüds Bulvarındakı tramvay dayanacağında baş verib, burada iki nəfər sərnişinlərə və yoldan keçənlərə atəş açıb: "Hər iki terrorçu zərərsizləşdirilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu