Avstraliyada 17 yaşlı qız köpək balığının hücumu nəticəsində ölüb


Avstraliyanın Kvinslend ştatında okean çimərliyində üzən 17 yaşlı qız köpək balığının hücumuna məruz qalaraq ölüb.



Avstraliyanın ABC Yayım Korporasiyası xəbər verib ki, Brisbane şəhərinin şimalında, Bribie adasında okean çimərliyində çimərkən gənc qız köpək balığının hücumuna məruz qalıb.

Səlahiyyətlilər adanın cənub-şərqindəki Vurim çimərliyində üzən gənc qızın bədəninin yuxarı hissəsindən xəsarət aldığı hücumda öldüyünü təsdiqləyib.

Səlahiyyətlilər təcili tibbi yardım qruplarının hücum xəbərlərini aldıqdan sonra bölgəyə getdiyini və Vurim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb.

Xəbərdə hücuma məruz qalan gənc qızla bağlı başqa təfərrüatlar paylaşılmayıb.

Qeyd edək ki, bu Avstraliyanın Kvinslend əyalətində son 3 ayda 3-cü köpəkbalığı hücumudur.

Vurim çimərliyinin üzgüçülük, sörfinq və balıq ovu üçün məşhur ərazi olduğu deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu