“Azərsun Holdinq” Moskvada keçirilən Beynəlxalq Qida sərgisində iştirak edir
Yerli məhsulları dünyanın 40-dan ölkəsinə “Made in Azerbaijan” şüarı ilə ixrac edən “Azərsun Holdinq” 3-7 fevral tarixlərində “Prodekspo” sərgisində iştirak edir.
“Bizim Tarla”, “Saville”, “Zeytun bağları”, “Shokki Mokki” və digər milli markaların təqdim edildiyi stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Rusiya bazarına yeni təklif olunan “Feel True” markası xüsusilə qonaqların diqqətini cəlb edib.
Adı çəkilən marka artıq 4 ildən artıqdır ki, ölkəmizdə sağlam həyat tərzinə üstünlük verənlərin əsas seçimlərindəndir.
Qeyd edək ki, Bakıda və bölgələrdə 30-dan artıq istehsal müəssisəsi yaratmış “Azərsun Holdinq” 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edir və ölkəmiz in ixrac potensialının artırılmasında mühim rol oynayır.