“Azərsun Holdinq” Qurban bayramı münasibətilə sosial layihələr həyata keçirib


Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Qurban bayramı ilə əlaqədar müxtəlif sosial layihələr reallaşdırıb.


AFN-in xəbərinə görə, bu layihələr çərçivəsində Şirkətlər Qrupu Bakıda və bölgələrdə yüzlərlə aztəminatlı ailəni bayram sovqatı ilə sevindirib.

Bundan əlavə, Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən Azərbaycan Duz İstehsalat Birliyi tərəfindən qurbanlar kəsilərək Masazır və Masazır gölü ətrafı kəndlərdə məskunlaşan aztəminatlı ailələrə, şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə paylanılıb.

Qeyd edək ki, Dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edən “Azərsun Holdinq” müqəddəs Qurban bayramı ilə əlaqədar həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində ümumilikdə yüzlərlə ailəni bayram sovqatı ilə sevindirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu