Ata iki aylıq körpəsinin qolunu sındırdı - Axtarışa verildi
Atası acdığı üçün ağlayan iki aylıq körpəsinin qolunu sındırdı.
AFN xarici mediaya istinadla xəbər verir ki, Nigeriyanın İmo əyalətində baş verən hadisə ölkə gündəminə bomba kimi düşüb. 31 yaşlı ata onu ağlaması ilə yuxusundan etdiyi üçün iki aylıq körpəsinin qolunu sındıraraq yoxa çıxıb.
Hadisə baş verən zaman körpənin anası evdə olmayıb. Ana mediaya açıqlamasında ərinin uzun müddətdir işsiz olduğunu, kasıblıq içində yaşadıqları üçün körpəsini atasına etibar edib işləməyə getdiyini deyib. İki gün sonra o körpənin qolunda göyərmələr olduğunu görüb. Sakitləşməyən körpəni dərhal xəstəxanaya çatdırıb.Həkimlər müayinə zamanı körpənin həyatının təhlükədə olduğunu və yeganə çıxış yolunun qolun kəsmək olduğunu bildiriblər.
Qadın həkimlərin dediklərini çarəsiz qəbul edib. İki aylıq körpənin qolu amputasiya edilib. Körpə artıq sağlamlığına qovuşub.
Polis hazırda 31 yaşlı atanın axtarışlarını davam etdirir.