Bakıda zibil yeşiyində aşkarlanan körpənin anası müəyyənləşib - YENİLƏNİB
Bakıda zibil yeşiyində aşkarlanan körpənin anası müəyyənləşib.
Bu barədə AFNaz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
***
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
İyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.
Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.
Körpənin bədənində hər hansı xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.