Qaçan məhkumlar üz tanıma sistemi ilə aşkarlandı

ABŞ-ın New Orleans şəhərində həbsxanadan qaçan 10 məhkumdan ikisi üz tanıma texnologiyası sayəsində tapılıb. Qaçanların kimliyi əvvəlcədən məlum olsa da, bu texnologiya onların yerinin müəyyənləşdirilməsində əsas rol oynayıb.
16 may tarixində baş verən kütləvi qaçışdan sonra Luiziana Ştat Polisi məhkumların şəkil və məlumatlarını “Project NOLA”adlı qeyri-kommersiya təşkilatına təqdim edib. Bu təşkilat şəhər daxilində yerləşdirilmiş 5.000-ə yaxın müşahidə kamerasının koordinasiyasını həyata keçirir. Onlardan 200-ü üz tanıma sistemiilə təchiz olunub.
Sistem sayəsində qaçan iki məhkum French Quarterbölgəsində müəyyən olunub. Məhkumlardan Kendal Milskamera qeydləri vasitəsilə real vaxtda izlənərək qısa müddətdə saxlanılıb. Digəri isə üz tanıma kamerasının verdiyi məlumatlarla bir yaşayış kompleksindətutulub.
“Project NOLA”nın rəhbəri Brian Laqardbildirib ki, bu kameralar könüllü əsaslarla evlərə, iş yerlərinə, məktəblərə və kilsələrəquraşdırılıb. Kamera sistemləri birbaşa polisə bağlı olmasa da, əldə edilən nəticələr hüquq-mühafizə orqanları ilə paylaşılır.
Bu şəbəkə ilk dəfə 2009-cu ildə, Katrina qasırğasındansonra polis infrastrukturuna dəstək məqsədilə yaradılıb. Hal-hazırda yalnız New Orleansda deyil, digər şəhərlərdə də istifadə olunur.
Lakin üz tanıma texnologiyasının istifadəsihər kəs tərəfindən müsbət qarşılanmır. Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU)bu texnologiyanın şəxsi həyat toxunulmazlığını poza biləcəyinivə xüsusilə azlıq qruplarıüzərində yanlış tanıma riski daşıdığını bildirir.
Brookings İnstitututərəfindən 2022-ci ildə dərc olunan hesabatda da bu problemə diqqət çəkilib. Hesabata görə, üz tanıma sistemləri ağ kişilərdədaha yüksək dəqiqliklə işləyir, lakin qaradərili insanlar və qadınlarüzərində səhv tanıma faizi daha yüksəkdir.
New Orleans Polis İdarəsi isə “Project NOLA” ilə əməkdaşlığın davam etdiyini və üz tanıma texnologiyasının etibarlılığınıdaha yaxından araşdırdıqlarını açıqlayıb.