Meta Texasda biometrik məlumatlarla bağlı 1,4 milyard dollar ödəyəcək


Facebook, Instagram və WhatsApp-ın sahibi "Meta" Texasda üz tanıma texnologiyasından istifadə edərək icazəsiz biometrik məlumat toplamaqda ittiham olunduğu məhkəmədə 1,4 milyard dollar ödəməyə razılaşıb.


Texas Baş prokuroru Ken Paxtonun verdiyi açıqlamaya görə, şirkətin milyonlarla texaslının şəxsi biometrik məlumatlarının icazəsiz toplanmasını və istifadəsini dayandırmaq üçün Meta ilə 1,4 milyard dollarlıq razılaşma əldə edilib.

Açıqlamada bildirilir ki, bu, Texasın “Biometrik İdentifikatorların Toplanması və ya İstifadəsi Aktı” çərçivəsində açıqlanan ilk iddia və əldə edilən ilk razılaşmadır.

Açıqlamada "Meta"nın 2011-ci ildə "Tag Suggestions" adlı xüsusiyyəti təqdim etdiyi xatırladılıb və bu xüsusiyyətin necə işlədiyini izah etmədən bütün texaslılar üçün avtomatik olaraq aktiv edildiyi qeyd edilib.

"Meta"nın 10 ildən çox müddətdir feyzbuka yüklədiyi fotoşəkillərdə demək olar ki, hər üzdə üz tanıma proqramı tətbiq etdiyi və insanların üz həndəsəsinin qeydə alındığı paylaşılıb.

Texas Baş prokuroru Paxton 2022-ci ilin fevralında "Meta"ya qarşı, milyonlarla texaslının biometrik məlumatlarını onların razılığı olmadan qeyri-qanuni şəkildə topladığı səbəbi ilə məhkəməyə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu