Nigeriya "Meta"nı 220 milyon dollar cərimələyib


Nigeriya hökuməti “Meta” şirkətini “Facebook” və “WhatsApp”ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını pozması səbəbilə 220 milyon dollar cərimələyib.



Nigeriya Federal Rəqabət və İstehlakçının Müdafiəsi Komissiyasının (FCCPC) rəsmisi Adamu Abdullahi jurnalistlərə açıqlamasında "Meta" şirkətinə qarşı 3 ildir ki, gərgin araşdırmaların aparıldığını bildirib.

Araşdırmaların "Facebook" və "WhatsApp"ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını dəfələrlə pozduğunu aşkar etdiyini qeyd edən Abdullahi, hökumətin bu səbəbdən "Meta"nı 220 milyon dollar cərimə etdiyini bildirib.

Abdullahi şirkətin digər ölkələrdəki istifadəçilərə də məlumatlarının paylaşılacağına qərar vermək üçün seçimlər təklif etdiyini, lakin Nigeriyalılara bunu təklif etmədiyini söyləyib.

Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriya 2022-ci ildə "Meta"nın ölkədə 154 milyon aktiv abunəçisi olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu