Norveçdən "Meta"ya gündə 98 min 500 dollar cərimə


Norveçdə Datatilsynet məlumatların mühafizəsi agentliyi avqustun 14-dən etibarən "Meta"nı istifadəçinin məxfiliyini pozduğuna görə gündə 1 milyon kron (təxminən 98 500 dollar) cərimələməyə başlayacaq.


"Datatilsynet" iyulun 17-də bildirmişdi ki, "Meta" müəyyən edilmiş qaydalara əməl etməsə, cərimələnəcək.

Agentlik, "Meta"nın Norveçdəki istifadəçilərin fiziki yeri kimi məlumatları toplaya bilməyəcəyini və davranış reklamı metodundan istifadə edə bilməyəcəyini açıqlayıb.

Datatilsynet beynəlxalq bölməsinin rəhbəri Tobias Judin, "Gələn bazar ertəsindən gündə 1 milyon SEK cərimə tətbiq edilməyə başlayacaq" - deyə bildirib.

Cərimə noyabrın 3-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu