Çempionlar Liqasında qrup mərhələsinə start verilir
Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi "Liverpul" "Napoli" ilə üz-üzə gələcək. Qrupun digər matçında "Zalsburq" "Genk"i qəbul edəcək.
Günün digər maraqlı qarşılaşması F qrupunda baş tutacaq. "Barselona" "Borussiya"nın (Dortmund) qonağı olacaq. "İnter" isə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə üz-üzə gələcək.
G qrupunda "Lion" - "Zenit" və "Benfika" - "Leyptsiq" görüşləri baş tutacaq.
Nəhayət, H qrupunda Avropa Liqasının qalibi "Çelsi" "Valensiya"nı, "Ayaks" isə "Lill"i qəbul edəcək.
Çempionlar Liqası
2019/20 mövsümü
I tur, 17 sentyabr
E qrupu
23.00 Napoli (İtaliya) - Liverpul (İngiltərə)
23.00 Zalsburq (Avstriya) - Genk (Belçika)
F qrupu
20.55 İnter (İtaliya) - Slaviya (Çexiya)
23.00 Borussiya (Dortmund, Almaniya) - Barselona (İspaniya)
G qrupu
20.55 Lion (Fransa) - Zenit (Rusiya)
23.00 Benfika (Portuqaliya) - Leyptsiq (Almaniya)
H qrupu
23.00 Ayaks (Hollandiya) - Lill (Fransa)
23.00 Çelsi (İngiltərə) - Valensiya (İspaniya)