Ali məktəblərdə təhsil proqramları yenilənəcək




Avropa İttifaqı (Aİ) ilə Təhsil nazirliyinin birgə gerçəkləşdirdiyi ali təhsil sisteminin inkişafını hədəfləyən tvinninq layihəsi 2020-ci ilin aprelində başa çatacaq.



AFN xəbər verir ki, layihənin əsas məqsəd ali təhsil müəssisələrində yeni beynəlxalq trendlərin tətbiqinə nail olmaqdır. Bu barədə jurnalistlərə məlumat verən Aİ-nin Azərbaycan üzrə nümayəndəliyinin müşaviri Simona Qatti bildirib ki, tvinninq layihəsi Azərbaycanın ali təhsil müəssisələrində rəqabətliliyə nail olmağı hədəfləyib. Layihə çərçivəsində bir çox təkliflər, metodlar təklif olunub. Layihə Aİ-yə daxil olan üç ölkənin - Fransa, Litva, Latviyanın bu sahədəksi təcrübəsini öyrənməyə imkan veirb. Bu işlərə, eləcə də Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılamsına 1,2 milyon avro ayırıb
Təqdimatla çıxış edən layihənin rezident tvinninq müşaviri Yelizaveta Budanova qeyd edib ki, baloniya sisteminə Azərbaycan hələ 2005-ci ildə qoşulub. Bu, üçpilləli təhsil sistemi olsa da, Azərbaycanda, əsasən, magist və bakalavr sistemində yeniliklərə ehtiyac yaranıb:
“Layihədə əsas tövsiyələrdən biri ali təhsil müəssisələrinin öz təhsil proqramları üzrə işləməsidir. Bu mənada universitetlərə müstəqillik verilməlidir, çünki Avropa standartlarında da bu xüsusiyyət var. Təhsil Nazirliyi (TN) ilə məsləhətləşmələrimizdən sonra belə qərara gəldik ki, hələlik müstəqil təhsil proqramlarını tətbiq etmək birdən-birə olmaz, bu zamanla həllini tapa bilər”.
Y.Budanovanın sözlərinə görə, hazırda digər prioritet məsələ ali təhsil müəssisələrində tələbəyönümlü yanaşmanın tətbiqidir. Başqa sözlə, təhsilin daha çox tələbələrin istəyinə uyğun qurulmasıdır. Bundan başqa, artıq əsas ixtisasların akreditasiyası aparılıb. Burada hədəf bu ixtisasların nə qədər proqressiv və işlək olduğunu dəqiqləşdirməkdir. Çünki çox halda bəzi sahələrin, ixtisasların zamanın tələbinə uyğun sıradan çıxmasıdır.
Müşavir əlavə edib ki, bakalavr pilləsində təhsil üzrə 140 ixtisas proqramın müasir tələblərə uyğunlaşdırılacaq. Təhsil proqramlarının yenilənməsində tələbələrin də fikir və rəyləri nəzərə alınıb. Magistr proqramlarının yenilənməsi isə yaxın 3 il ərzində nəzərdə tutulur.
Layihənin digər elementi xarici ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulmasıdır. Ekspertin sözlərinə görə, aparılan işlər nəticəsində məlum oldu ki, azərbaycanlı tələbələrdə çatışmayan çəhətlər var: “Bu, əslində onların gələcəkdə uğurlu iş imkanlarını əldə etməsinə mane olan məqamlardır. Bu tələbələrin ünsiyyət qurmaq, komanda ilə iş görmək, uğurlu təkliflər irəli sürmək, özünü təsdiq etmək bacarıqlarının zəif olmasıdır. Bu cəhətlərin də gücləndirilməsi nəzərdə tutulur. Onların səriştələrinin artırılması məqəsdiylə ali təhsil müəsisələrində iş aparılması vacibdir. Tələbələrin məşğulluğunun artırılması da layihənin əsas məqsədlərindəndir”.
Xatırladaq ki, Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək verən tvinninq layihəsi 2018-ci ilin aprelindən start götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu