Əməkdar artistin təkrar koronavirus testi mənfi çıxdı




Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı neqativ çıxıb.



Bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailəsi həftəsonu xəstəxanadan evə buraxılacaq:

"Təkrar analizlərimin cavabı neqativ çıxıb. Əmin olmaq üçün yenə analiz nümunələri götürdülər. İnşallah bu həftə sonuna qədər xəstəxanadan çıxacam".

Qeyd edək ki, bir həftə öncə əməkdar artist Sərvər Əliyevin səhhəti ağırlaşıb. Baş rejissordan koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu