Moskvada rekord istilik qeydə alınıb


Rusiyanın paytaxtı Moskvada son 140 ilin rekord yüksək temperaturu qeytdə alınıb.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskva meteobürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova söyləyib.

“Səhər 4-də müsbət 3,8 dərəcə olub, daha sonra temperatur düşməyə başlayıb. Bununla belə, bu gün qeydə alınan temperaturun rekord olması faktdır”, - baş mütəxəssis bildirib.

Onun sözlərinə görə, öncəki rekord 2002-ci ildə qeydə alınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu