Yoluxma azalmadı: 33 nəfər öldü


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 283 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib. 30 687 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 912, bu günə qədər isə ümumilikdə 3 005 197 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu